Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Cəlilabadda təcili tibbi yardım stansiyasının əməkdaşları döyülüb

29-03-2018, 08:58

Cəlilabadda təcili tibbi yardım stansiyasının əməkdaşları döyülüb














Cəlilabadda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb.


Hadisə rayonun Astanabad kəndində qeydə alınıb.


Çağırışa gedən Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasının əməkdaşları həmin kənddə döyülüb. Təcili yardım avtomobilində həkim İbadət Ağayev, köməkçi həkim Ruslan Sadıxov və sürücü Muxtar Babayev olub.


Məlumata görə, həkim briqadası çağırış yerinə vaxtında çatıb. Onları isə müayinə etmək üçün getdikləri Ərəstun Zöhrab oğlu Məmmədov qarşılayıb. Həmin şəxs əvvəlcə həkim İbadət Ağayevə, sonra köməkçi həkim Ruslan Sadıxova, daha sonra isə sürücü Muxtar Babayevə müxtəlif dərəcəli bədən xəsarət yetirib.


Həkim briqadası maşına minib ərazidən uzaqlaşmaq istədikdə isə daşla təcili yardım maşınına ziyan vurulub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib./apa






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram