bolge
7.04.2018, 08:28
Gəncə sakini döyülüb
Gəncədə döyülmə faktı qeydə alınıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Rəsulov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərildikdən sonra zərərçəkən ambulator müalicə üçün evə buraxılıb.
E.Rəsulovun sözlərinə görə, o dava zamanı tanıdığı şəxs tərəfindən döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.