Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Dövlət büdcəsindən pulu necə mənimsədi” ? Video

“Dövlət büdcəsindən pulu necə mənimsədi” ? Video
25-05-2018, 12:21 2 725 dəfə baxılıb

“Dövlət büdcəsindən pulu necə mənimsədi” ? Video











Bir neçe gün öncə DoğruXeber.az informasiya agentliyinin redaksiyasına bir qrup Ağsu rayon sakinlərindən müraciət daxil olmuşdur.

Müraciət edən rayon sakinləri Məmmədov Oktay, Priyev Zaman, Fətəliyev Əlsuvar, Qarayev Cəsarət və başqaları qeyd edirlər ki, Ağsu meşə salınması üçün ayrılmış Şahbəyli, Ağabəyli kəndləri yaxınlığında yerləşən 38,39,40,41-ci ərazilərdə baxımsız qanqallardan başqa heçnə görə bilmərsiniz. Rayon sakinləri qeyd edirlər ki, sözü gedən ərazilərdə texnikalar və işçi qüvvələrinin çalışdıqlarını, eyni zamanda ərazilərin hamısına ağac əkildiyini qeyd edən meşə idarəsinin müdri Salahov Elçin Arif oğlu dövləti aldadıb büdcədən xeyli sayda vəsaiti mənimsəmişdir. Əslində həmin əraziləri sahibkarlıqla məşğul olan şəxslər xırda buynuzlu heyvan otlağı kimi istifadə edirlər. Ağsu rayon sakinləri redaksiyamıza unvanladıqları müraciətdə xahiş edirlər ki, rayonda meşə sahəsində edilən qanunsuzluqları bizim informasiya agentliyi vasitəsi ilə Ekologiya və Təbii Sərvətlər Naziri cənab Babayev Muxtar Bahadur oğlunun diqqətinə çatdıraq. Rayon sakinləri onu da qeyd edirlər ki,dəfələrlə bu barədə aidiatı dövlət qrumlarına müraciət etmişik ,amma qanunsuzluqları aradan qaldıran bir qrum olmayıb. Sakinlərin tələbi ondan ibarətdir ki, nazirlikdən yoxlama komisiyyası ayrılsın və meşə idarəsində yoxlama aparılsın.
Qarşı tərəfin mövqeyi:
DogruXeber.az informasiya agentliyinin baş redaktoru Ə.Kamal meşə idarəsinin müdri Salahov Elçin Arif oğlu ilə telefon əlaqəsi saxlayıb. Jurnalist ilk olaraq S.Elçin Arif oğluna bildirib ki, rayon sakinləri qeyd edirlər ki, meşə ərazilərində əkin əkilmədiyi halda siz qeyd etmisiniz ki, ərazilərdə əkin işləri aparılıb. Bu barədə nə deyə bilərsiniz, meşə idarəsinin müdri S.Elçin isə bildirib ki, deyilənlər həqiqət deyil, kim istəyirsə gəlsin sübut etsin mənə- deyə bu cur cavablandırıb.

DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram