Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İcra başçısı Vilyam Hacıyev fəhlələrin zəhərlənməsini təbiətin boynuna atdı: “Küləklə gəlib…”

19-06-2018, 18:02

İcra başçısı Vilyam Hacıyev fəhlələrin zəhərlənməsini təbiətin boynuna atdı: “Küləklə gəlib…”








İmişli rayon xəstəxanasının baş həkimi Cəsur Paşayevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarında 35 nəfərə qədər şəxs xəstəxanaya müraciət edib: “Onların bir çoxu panik vəziyyətdə bizə müraciət ediblər, sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Hazırda müraciət edənlərin əksəriyyəti evə yola salınıb. Hazırda palatalarda bir neçə xəstə var. Onların da heç birində ciddi zəhərlənmə əlaməti yoxdur”.

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə APA-ya deyib ki, o, hadisə ərazisində olub və daha sonra xəstəxanaya baş çəkib: “Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb. Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: “Hazırda həmin şəxslərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram