dunya
21.05.2019, 13:49
Məsciddə BİABIRÇILIQ! Molla nəzir qutusundan pulları oğurladı
Türkiyənin İsparta şəhərində məsciddə biabırçı oğurluq baş verib.
"Haberler" saytı xəbər verir ki, Həzrət Əli adına məsciddə çalışan molla nəzir qutusundan oğurluq edib.
Baş verən oğurluq məscidin müşahidə kamerasına düşüb. Mollanın isə quraşdırılan gizli kameradan xəbəri olmayıb.
Yaşlı kişi namazdan sonra insanların çıxmasından istifadə edərək yardım qutusuna yaxınlaşıb. O, qutunun ağzını ehmalca aralayıb və pulları çıxarıb.
Qeyd edək ki, bu oğurluq birinci dəfə olmayıb. Həmin nəzir qutusu dəfələrlə qarət olunub. Məscid rəhbərliyi də, ora gizli kamera qurmağa məcbur olub. Kameraya düşənlər isə həm sakinləri, həm də məscid rəhbərliyini şoka salıb. Molla barədə polisə şikayət edilib. Araşdırmalar aparılır.