Acunun keçmiş arvadı ərə getdi - FOTO
Acun İlıcalının 5 il evli qaldığı və bu nikahdan bir qızı dünyaya gələn keçmiş həyat yoldaşı Seda Başbuğ ərə gedib.
DogruXeber.az ölkə.az-a istinadən bildirir ki, Seda bir müddətdir görüşdüyü Orhun Yazıcı ilə ailə qurub. Toyda Başbuğun sadəliyi və gözəlliyi diqqət cəlb edib.
Acun Seda ilə 1988-ci ildə, 19 yaşı olanda evlənib. Cütlük 1993-cü ildə boşanıb və Banu İlıcalı adlı qız övladları var.
Qeyd edək ki, Sedanın Orhun Yazıcı ilə toy mərasimi ailələr arasında keçirilib.