Ankara HƏRƏKƏTƏ KEÇDİ: Vaşinqton razılaşmasa, Türkiyə Silahlı Qüvvələri...




Suriyanın şimalında qurulması planlaşdırılan təhlükəsiz bölgə ilə bağlı Ankara-Vaşinqton arasında görüşlər davam edir.

DogruXeber.az xəbər verir ki, bu görüşlərdən nəticə əldə edilməsə, Ankara özü hərəkətə keçəcək. Fərat çayından İraq sərhədinə qədər sülh dəhlizi qurulacaq.

Türkiyə “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı ilə Suriyanın şimalında müəyyən bölgələri terrorçulardan təmizləyib. Aralıq dənizinə qədər uzanan terror dəhlizi Fəratın qərbində qırıldı. Türkiyə indi də Fəratın şəqrində sülh dəhlizi inşa etmək üçün hazırlıqlarını tamamlayıb. PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-nin işğalı altında olan Fəratın şərqini də terrorçulardan təmizləməyi hədəfləyir. Terror ünsürlərinin bölgədən çıxarılması və əllərindəki ağır silahların təhvil alınması planlaşdırılır.

Bundan sonra Fəratın şərqindən İraq sərhədinə qədər 30-35 km həcmində təhlükəsiz bölgə qurulması hədəflənir. ABŞ isə sahə məsələsində Türkiyədən fərqli düşünür. Vaşinqton 5-14 km təhlükəsiz bölgədən bəhs edir.

Fəratın şərqində PYD/YPG-nin nəzarəti altında olan Haseki, Kobani, Qamışlı, Rakka və Deyr-əz-Zor kimi şəhərlərdə ABŞ və Fransa əsgərləri var. Türkiyə isə 30-35 km-lik sahəyə yalnız Türk Silahlı Qüvvələrinin nəzarət etməsini istəyir. ABŞ ilə koordinasiyalı şəkildə işləməyə də isti münasibət bəslənir.

Təhlükəsizliyin təmin edilməsindən sonra şəhər şuralarının yaradılması üçün işlərə başlanacaq. Cerablus, Əl-Bab və Afrindəki kimi kürd, ərəb, türkmən və digər etnik birliklərin bölgələrdə söz sahibi olması üçün bölgənin idarəetməsi xalq tərəfindən seçilən şəxslərə tapşırılacaq. İdarəetmədə yer alan kişilər şəhərin sosial infrastrukturuna baxacaq. Şəhər şuraları insanların həyatının normal şəkildə təmin etmək üçün çalışacaq. Məhəlli polis və asayişi qorumaq üçün qüvvələr müəyyən ediləcək.

Terrordan təmizlənən bölgələrdə həyatəı normal şəkildə davam etməsindən sonra son addım kimi Türkiyədəki suriyalı qaçqınların mərhələli şəkildə geri qaytarılması planlaşdırılır./Publika.az


Oxunub: 511

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər