ABŞ ŞOK-da: Koronavirusa yoluxanların sayına görə Çini ötdü

ABŞ ŞOK-da: Koronavirusa yoluxanların sayına görə Çini ötdü











ABŞ koronavirusa (COVID-19) yoluxanların sayına görə dünya liderliyini “ələ keçirib”.

DogruXeber.az xəbər worldometers.info-nun statistik məlumatlarına əsasən xəbər verir ki, ötən gün ABŞ-da rekord sayda virusa yoluxma qeydə alınıb və bununla da koronavirusa yoluxanların ümumi sayına görə Amerika İtaliya və Çini geridə qoyub.

Belə ki, sutka ərzində ABŞ-da 14995 nəfər koronavirusa yoluxub və nəticədə ölkədə virusa yoluxanların sayı 85,594-ə çatıb.

Xatırladaq ki, Çində sözügedən virusa yoluxanların sayı 81 285 nəfərdir.

İtaliyada isə 80589 yoluxma faktı qeydə alınıb.

Ötən gün dünyada 58100 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, planetdə virusa yoluxanların ümumi sayı 529135 nəfər olub. Virusa yoluxan 123380 nəfər isə sağalıb. Hazırda bu xəstəlikdən 362282 şəxs müalicə alır.

Ötən sutka ərzində 2,685 nəfər bu virusdan vəfat edib və bununla da koronavirusdan ölənlərin sayı dünya üzrə 23967 nəfərə çatıb.

Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr ABŞ (14995), İspaniya (8271), İtaliya (6203), Almaniya (6615), Fransa (3922), İran (2389), Böyük Britaniya (2129), Belçika (1298), Avstriya (1259), Türkiyə (1196) və Niderland (1019) olub.

Ötən gün ən çox ölüm isə İtaliya (712), İspaniya (718), Fransa (365), ABŞ (174), İran (157) və Böyük Britaniyada (115) baş verib.

Bu günədək dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (8215), İspaniya (4365), Çin (3,287), İran (2234), Fransa (1696) və ABŞ-dır (1201). /modern.az/

Tarix:27-03-2020, 10:51 Baxış Sayı:80 Kateqoriya:dunya
SON XƏBƏRLƏR
Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir
Bu kreditlərə təminat veriləcək – Prezident fərman verdi
İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə Nazirlikdən REAKSİYA
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla