Dünya boyu bir çox ölkədə karantin rejimləri yüngülləşdilir

Dünya boyu bir çox ölkədə karantin rejimləri yüngülləşdilir










Almaniya çərşənbə axşamı günü böyük bir irəliləyiş əldə edib: koronavirusun yayılma sürəti 1-dən aşağıya enib.

İctimai sağlamlıq rəsmiləri çərşənbə axşamı bildirib ki, koronavirusa yoluxan hər 100 nəfər bir sutka ərzində virusu 94 nəfərə yoluxdura bilər. Bazar ertəsi 100 nəfər 107 nəfərə, bazar günü isə 100 nəfər 113 nəfərə virusu yoluxdura bilirdi. Buna baxmayaraq Almaniyada çərşənbə axşamı COVID-19-a yoluxma hallarında yeni artım baş verib və 933 nəfər virusa yoluxub. Bazar ertəsi isə bu rəqəm 357 nəfər olub. Yoluxma hallarında artım koronavirus məhdudiyyətləri yüngülləşdiriləndən sonra yeni yoluxma dalğasının başlayacağına dair narahatlıqlara səbəb olub.

Almaniyanın aparıcı xəstəliklərə nəzarət idarəsi, Robert Koch İnstitutu, bildirib ki, virusun yayılma sürəti hər gün dəyişə bilər və uzun müddət ərzində yeni yoluxma hallarında sabit artım olmadığı təqdirdə narahat olmağa ehtiyac yoxdur.
Dünya boyu bir çox ölkədə karantin rejimləri yüngülləşdilir






Angela Merkel

Almaniya kansleri Angela Merkel deyib ki, hər 10 min sakindən 50-də virusun aktiv olduğu regionlar bağlama tədbrilərini bərpa etməli olacaq. Son bir həftədə artıq üç regionda bu rəqəm 50-ni keçib və onlar virusun yayılmasının qarşısını almaq üçün bəzi fövqəladə məhdudiyyərləri yenidən tətbiq edib.

Almaniyada yeni yoluxma halları hökümət məhdudiyyətləri bir az daha yüngülləşdirməyə, mağazalar, əyləncə mərkəzləri və məktəbləri açmağa hazırlaşdığı vaxta təsadüf edib. Merkel ictimaiyyəti sosial məsafəni qorumağa, maska taxmağa və məsuliyyətli davranmağa çağırıb.

Almaniya lideri iqtisadiyyatı yenidən işə salmaq üçün təzyiqlə üzləşir. Həftə sonu bir neçə böyük şəhərdə bağlama tədbirlərinə qarşı etiraz aksiyaları keçirilib.

Birləşmiş Ştatlarda da bağlama tədbirlərin son qoyulması üçün bənzər çağırışlar edilir. Cons Hopkins Universtitetinin məlumatına görə, ABŞ-da 1,360,000-dən çox insan koronavirusa yoluxub, 82 mindən çox insan ölüb.

Tramp administrasiyası noyabr ayında keçiriləcək prezident seçkisindən öncə biznesləri yenidən açıb, iqtisadiyyatı bərpa etmək istəyir. Ştatların yarısı iqtisadiyyatı yenidən canlandırmaq məqsədilə artıq karantin rejimlərini sonlandırmağa başlayıb.

Ölkənin yoluxu xəstəliklər üzrə baş eksperti Dr. Antoni Fauçi xəbərdarlıq edir ki, ölkəni vaxtından əvvəl açmaq daha çox xəstəliklər və ölümlərə səbəb ola bilər.

ABŞ-da son iki gündə son bir neçə həftədə ilk dəfədir ki, ölüm halları 1000-dən aşağıya enib. Fauçi deyib ki, məhdudiyyətlərin yüngülləşdirilməsi vəziyyəti yenidən dəyişə bilər.

Rusiya ötən gün koronavirusa yoluxma hallarına görə Birləşmiş Ştatlardan sonra ikinci ölkəyə çevrilib. Rəsmi Taas xəbər agentliyi çərşənbə axşamı ölkədə 232,243 yoluxma halının, 2116 ölüm faktının qeydə alındığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov koronavirusa yoluxduğunu açıqlayıb. İki həftə öncə isə Rusiyanın baş naziri Mixail Mişustin də koronavirusa yoluxduğunu bildirmişdi.
Dünya boyu bir çox ölkədə karantin rejimləri yüngülləşdilir






Moskva metrosu

Rusiyada koronavirusa yoluxma hallarında artım Putin bütün sahələrində işlərin “ölkə maraqları naminə” mayın 12-dən etibarən bərpa olunmasına dair göstəriş verdiyi vaxta təsadüf edib.

Dünya boyu bir çox başqa ölkələrdə də yeni yoluxma hallarında artımın müşahidə olunduğuna və yeni yoluxma dalğa ehtimalının olduğu ilə bağlı xəbərdarlıqlara baxmayaraq, yeni koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin tədbirləri yüngülləşdirilməyə başlayıb.

İtaliya, Liva və Xorvatiyada da məhdudiyyətlərin yüngülləşdirilməsindən sonra yeni yoluxma hallarında artım müşahidə olunub.

Xorvatiya İtaliyada yaxın olmağına baxmayaraq virusun yayılmasının qarşısını alıb, ölüm səviyyəsini aşağı tutmaqda müvəffəq olub.

İspaniya yeni yoluxma hallarının qarşısını almaq üçün xaricdən gələn insanların iki həftə ərzində karantində qalmalarını tələb edir. Yoluxma hallarına görə Birləşmiş Ştatlar və Rusiyadan sonra üçüncü yerdə gələn İspaniyada yeddi həftə boyunca sərt bağlama tədbirləri görülmüşdü.

Hindistan çərşəbə axşamı mart ayından bəri ilk dəfə bəzi qatar xidmətlərini bərpa edəcək, baxmayaraq ki, ölkədə bazar ertəsi 3600 yeni yoluxma halı qeydə alınıb.

Çin rəsmiləri xəsətliyin episentri olan Uhanda yeni yoluxma hallarının üzə çıxmasından sonra şəhərin 11 milyon sakinini test edəcəyini açıqlayıb.

Yeni Zelandiyada karantin rejiminin yüngülləşdirilməsinin ikinci mərhələsi başlayıb. Ölkə boyu restoranlar və kinoteatrlar fəaliyyətlərini bərpa edib.

Cons Hopkins Universitetinin məlumatlarına görə, dünya boyu koronavirusa yoluxan insanların sayı 4.2 milyonu, ölənlərin sayı isə 291 mini keçib./Aqreqrator.az/

Tarix:13-05-2020, 16:32 Baxış Sayı:63 Kateqoriya:dunya
SON XƏBƏRLƏR
Mehmanın vəziyyəti ilə bağlı SON XƏBƏR
Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA
Avropa ölkələri Ermənistana uçuş qadağası qoydu
DYPX-nin əməkdaşı azyaşılı uşağın həyatını necə xilas etdi-Video/Foto
Gəncədə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir
Hava nəqliyyatının bərpasıyla bağlı rəsmi AÇIQLAMA
Arif Məlikovun abidəsi ucaldılıb - FOTOLAR
Keçmiş məmur qızı vətəndaşı küçə söyüşləri ilə təhqir etdi
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
Bakıda "Mall"lara bu şəxslərin girişi qadağandır
Bibiheybət yolu AÇILIR: tarix bəlli oldu
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib
İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı - SƏRƏNCAM
Əli Həsənovun oğlu işdən çıxarıldı
Bu ölkə Azərbaycanla sərhədini açdı
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib
Prezident İlham Əliyev fərman imzaladı
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
Şikayətçilər baş həkim Emin Hüseynin qanunsuz əməllərindən danışdılar
Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi
Ağdaş rayon İcra hakimiyyətində baş məsləhətçinin bələdiyyə sədri işləmiş qardaşı nə üstə döyüldü?-Foto
Sərnişinlərin nəzərinə: Maska taxmayanların hərəkəti məhdudlaşdırılacaq - RƏSMİ
Milli Məclis tarixində bir İLK OLDU
Lənkəran Şəhər İcra Hakimiyyəti şəhid ailəsi ilə bağlı məlumata aydınlıq gətirdi
“Soyuducunu qoşmaq istəyəndə gördüm ki…” - Baku Electronics şirkətindən şikayət var
MM-in iclasları TV-də yayımlanacaq – Sahibə Qafarova
Nazirliyin müəllimlərlə bağlı bu tapşırığı müzakirələrə səbəb oldu
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür!
Buraxılış imtahanlarının vaxtı açıqlandı
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla