dunya
8.03.2018, 12:07
Deputatlar arasında dava düşdü
Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlar arasında dava düşüb.
DogruXeber.az milli.az-a istinadla xəbər verir ki, HDP (Xalqların Demokratik Partiyası) partiyasının üzvləri ilə AK (Ədalət və İnkişaf Partiyası) partiyasının üzvləri arasında yaranan mübahisə davaya çevrilib. Tərəflər bir-birini yumruqlayıblar. Dava nəticəsində 3 millət vəkili yüngül bədən xəsarəti alıb.
Davaya HDP partiyasının üzvü olan Mahmut Toğrulun əsgərlərin Afrində etnik təmizlik etməsi ilə bağlı səsləndirdiyi iddialar səbəb olub. Bu zaman Ədalət və İnkişaf Partiyasının üzvü Leyla Şahin Usta həmkarını "əsgərlər ölkəsi üçün savaşır, əgər mülki vətəndaş ölürsə, bunu sizin PKK edir", - deyə
susdurub.
@DogruXeber.az