dunya
12.06.2020, 13:37
Baş nazir: Məni öldürmək istəyirlər
İraq Baş naziri Mustafa Kazımi ona qarşı sui-qəsdin hazırlandığını iddia edib.
Kazımi bu barədə məlumatı təhlükəsizlik orqanlarından aldığını bildirib.
“Təhlükəsizlik xidmətindən məlumat aldım ki, Mosula səfərim zamanı məni öldürülmək planı hazırlanır”, - deyə baş nazir bildirib.
Kazımi bu məlumaları şantaj və qorxutmaq cəhdi kimi dəyərləndirib:
“Son nəfəsimə qədər İraq üçün çalışacağam. Bir neçə siyasi qüvvələrə mesajım: Mən qorxmuram!”.
(Conflict.az)