dunya
8.07.2020, 16:02
Suriya ilə İran yeni hərbi razılaşma imzaladı
Suriya və İran hərbi sahədə əməkdaşlıqla bağlı razılaşma imzalayıb.
Dogruxeber.az bildirir ki, bu məlumatı Liviyanın “Əl Mayadin” televiziyası yayıb.
Müqaviləni Suriya Müdafiə naziri Əli Abdulla Əyyub və İran Baş Qərargah rəisi Məhəmməd Baqeri imzalayıb.
Tərəflər arasında imzalanan yeni müqaviləyə əsasən, İran Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirəcək.
(Axar.az)