dunya
28.07.2020, 17:58
Almaniya Liviya sahillərinə freqat göndərir
Almaniya Liviya sahillərinə hərbçilərini göndərir.
Dogruxeber.az bildirir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Məlumata görə, Almaniya BMT-nin Liviya ilə bağlı silah embarqosu qərarını yoxlamaq üçün “İrini” əməliyyatı çərçivəsində Liviya sahillərinə hərbçilərini göndərəcək.
“Hamburq” adlı freqat gələn həftə 250 nəfərlik heyətlə yola düşəcək. Freqat avqustun ortalarında Liviya sahillərində vəzifəsini icra etməyə hazır olacaq.
(Axar.az)