Kanadada Azərbaycanın dövlət bayrağı ucaldıldı

Kanadada Azərbaycanın dövlət bayrağı ucaldıldı









İyulun 31-də Kanadanın Kalqari şəhərində azərbaycanlı icma üzvlərinin müstəqil Azərbaycan dövlətinə və ordumuza dəstək məqsədilə yürüş-mitinqi təşkil olunub.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Alberta–Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə baş tutan aksiya Kalqari şəhər bələdiyyəsinin inzibati binası önündə üçrəngli dövlət bayrağımızın ucaldılması ilə başlayıb. Bayrağın 24 saat ərzində dalğalanması üçün öncədən meriyadan müvafiq icazə alınıb.Günün ikinci yarısında isə “Olimpik Plaza” binasının qarşısından Azərbaycanın dövlət bayrağının ucaldığı meydana doğru yürüş edilib. Pandemiya ilə bağlı karantin qaydalarına uyğun olaraq, yürüşə 60 nəfər həmvətənimiz qatılıb.

Yürüş-mitinq zamanı Azərbaycan, Türkiyə və Kanadanın dövlət bayraqları dalğalanıb, Ermənistanın hərbi təxribatları zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin, müxtəlif şüarların və məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib.

Aksiya zamanı Azərbaycanın dövlət himni ifa edilib, “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!”, “Yaşasın Azərbaycan!”, Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirilib.

Tədbir Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb. Karantin qaydalarına uyğun olaraq, gün ərzində soydaşlarımız meriyanın qarşısına gəlib, Azərbaycanın dövlət bayrağının fonunda şəkillər çəkdirməklə Vətənimizlə həmrəyliklərini ifadə ediblər.

Tarix:1-08-2020, 16:10 Baxış Sayı:66 Kateqoriya:dunya
SON XƏBƏRLƏR
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Metropoliten işçi qəbulu elan edib
Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək
Məmur övladının avtomobil kolleksiyası/Foto
Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Çarəsiz durumda olan vətəndaşın dərdinə məlhəm olmayan İcra başçısı-Video
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib
Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib
Mobil qruplar Abşeronda təbliğat aparır
Sabahın havası açıqlandı
"Azərsu" ASC-nin sədrinə məxsus dəb-dəbəli villası-Foto
Düşmən atəşkəs rejimini pozdu
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Ucar rayon İcra hakimiyyətində korrupsiya halları baş verir?-bir qrup şəxslər tərəfindən ağır ittiham/Video-Foto
Daha bir iri məmur övladının xaricdə olan biznesi-Foto
Qaydalara əməl olunmadı - 9 nəfər...
"Su hara gedir, niyə itir" sualının cavabı-Foto
Sabahın havası açıqlandı
Təbriz Məhərrəmoğlu: "Hədəfimiz təkcə ölkəmizdə deyil, ölkədən kənarda da tanınmaqdır"
Bu gündən bəzi səhalərin fəaliyyətinə icazə verildi
Beyləqan Rayon Polis Şöbəsi uğurlu əməliyyat keçirib ,saxlanılanlar var-FOTO
Deputat oğluna məxsus milyonluq mülk/Foto
Sabah 38 dərəcə isti olacaq
Metro niyə açılmır? - Səbəb açıqlandı
Deputat növbəti videoqəbul keçirdi – FOTOLAR
“Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir” ÖZƏL-MÜNASİBƏT
Daha bir məmurun mülklərinin siyahısı
Sabahın hava proqnozu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla