Qorbaçovun bu faciəvi səhvi dünya düzənini dəyişdi

Qorbaçovun bu faciəvi səhvi dünya düzənini dəyişdi










Xorvatiyanın “Advance” nəşrinin jurnalisti Antun Roça SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikasının birləşdirilməsinə imkan verən müqaviləni imzalayarkən faciəvi səhvlər etməsindən yazıb.

Dogruxeber.az Axar.az-a istinadən xatırladır ki, müqavilə 12 sentyabr 1990-cı ildə Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikasının nümayəndələri, eləcə də İkinci Dünya müharibəsində qalib gələn ölkələr - SSRİ, ABŞ, Böyük Britaniya və Fransa tərəfindən imzalanıb.

Sənəddə Dördlüyün Almaniyadakı hüquqlarından imtina etməsi və iki hissəsinin birləşməsinə razı olması əksini tapırdı. Bunun qarşılığında almanlar Polşa da daxil olmaqla, bütün ərazi iddialarından imtina etməli idilər.

Müqaviləyə əsasən, Sovet İttifaqı 1994-cü ilin sonuna qədər qoşunlarını Almaniyadan çıxarmağı öz öhdəsinə götürdü. Almaniya isə öz növbəsində ordunun sayını 370 min əsgərlə məhdudlaşdırmağa razı olaraq, nüvə, kimyəvi və bioloji silah istehsalı və sahibliyindən imtina edirdi. Bundan əlavə, keçmiş Almaniya Demokratik Respublikasının ərazisində xarici qoşunların və nüvə silahlarının yerləşdirilməsi qadağan edilirdi.

Qərbin müqaviləni imzaladıqdan sonra NATO-nu şərqə doğru genişləndirməyəcəyinə dair söz verdiyi də məlumdur. Lakin müqavilədə belə bir bənd yoxdur və bu öhdəlik şifahi bir vəd olub.

Daha sonra ABŞ-dan danışıqlara qatılan Robert Zoellik bir anlaşılmazlıq olduğunu və heç vaxt heç kimin bu vədi vermədiyini iddia etdi. Qorbaçov 2008-ci ildə verdiyi bir müsahibədə amerikalıların NATO-nu şərqə doğru genişləndirməmək barədə götürdükləri öhdəlikləri açıqlamışdı:

“İndi Mərkəzi və Şərqi Avropanın yarısı ittifaqın üzvüdür, bəs vədləri nə oldu? Bu göstərdi ki, onlara etibar etmək olmaz”.

Qorbaçov 2014-cü ildə Rusiya mətbuatına müsahibəsində NATO-nun şərqə doğru genişləndirilməsi qərarının 1993-cü ildə verildiyini bildirib:

“Mən əvvəldən bunu böyük bir səhv olaraq gördüm. Əlbəttə, bu, 1990-cı ildə bizə verilən bəyanatların və təminatların ruhunun pozulması idi”.

“Zəmanətlərin ruhu pozuldu, amma zamanında Qorbaçov bir gün “ruh”un və vədin kifayət etməyəcəyini düşünməli idi, sənəd isə şübhəsiz, kömək edəcək”, - xorvat jurnalist məqaləsində bildirir.

Onun fikrincə, Qorbaçovun arxayınlığı və uzaqgörən olmaması səbəbindən NATO-nun şərqə doğru genişlənməməsi öhdəliyi razılaşmaya daxil edilməyib. Belə ki, Qorbaçov SSRİ-nin dağılacağını təxmin etmirdi, üstəlik, o zaman Varşava Paktı qüvvədə idi, indiki NATO üzvləri olan Litva, Latviya və Estoniya isə Sovet İttifaqının bir hissəsi idi:

“Buna görə də, çox güman ki, Qorbaçov bununla bağlı o qədər də narahat olmayıb”.

Məqalə müəllifinin fikrincə, Qorbaçovun səhvinin nəticələri bu günə qədər beynəlxalq münasibətlərə təsir göstərir. 2014-cü ildə Rusiyanın Krımı anneksiyasına da “Qərbin vədləri pozmasına cavab” kimi haqq qazandırılır:

“Bir gün Ukraynanın və ya Gürcüstanın NATO-ya qoşulma sualı ortaya çıxsa, gərginlik dərin bir böhrana çevrilə bilər. O zaman Rusiya 1990-cı ildə verdiyi vədləri xatırlayacaq, amerikalılar isə “Bu harda yazılıb? Heç bir yerdə!” deyə cavab verəcəklər”, - məqalədə deyilir.

Tarix:16-09-2020, 10:40 Baxış Sayı:35 Kateqoriya:dunya
SON XƏBƏRLƏR
Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ
60 yaşlı qadın media nümayəndələrinə müraciət etdi
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Metropolitendən MÜHÜM YENİLİK
Cimerlik.az saytı fəaliyyətini dayandırdı - SƏBƏB
Təhsil naziri Emin Əmrullayevə 53 saylı məktəbin rəhbərliyindən ŞİKAYƏT EDİLDİ
Ələt qəsəbəsinin baxmısız vəziyyətdə olmasına səbəbkar kimlərdir? — FOTOLAR
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı - Video
AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA
Qarabağ veteranından Prezidentə müraciət-FOTO
Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yayd
1-ci Vitse Prezidenti evinə dəvət edən vətəndaş
“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı
Oktyabrda toylar bu qaydalarla keçirilə bilər - AÇIQLAMA
Deputat Əziz Ələkbərli Saatlı rayonunun Əliabad, Məmmədabad, Genişkənd və Qazanbatan kəndlərində seçicilərlə görüşdü
Şirkət rəhbəri prezidentə müraciət etdi
Yaşamalda baş verən hadisənin maraqlı tərəfləri üzə çıxdı-VİDEO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
Könül "Lider"dən getdi
Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO
Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu
Tofiq Yaqublu aclığı dayandırdı
Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
Masazır gölündəki vəziyyətlə bağlı rəsmi açıqlama
İnsanları ölümə sürükləyən "BakuBus" - Yarımmilyonluq texnika, yoxsa..?
Ermənistan silahlı bölmələri Tovuzdakı mövqelərimizi atəşə tutub

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla