dunya
18.03.2018, 14:44
Səsvermə başladı: Vətəndaşlar prezidentini seçir
Rusiyada prezident seçkiləri üzrə səsvermə başlayıb
Seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb. Rusiya vətəndaşları namizədlərini seçmək üçün Azərbaycanda açılan səsvermə məntəqələrinə də axın edirlər.
Səsvermə yerli vaxtla 8:00-dan başlayıb və 20:00-dək davam edəcək.
Ümumilikdə 97 mindən çox seçki məntəqəsi var, onlardan 400-dən çoxu xaricdədir. Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.
Rusiya prezidenti postuna 8 namizəd iddia edir.