Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ermənistanda müdafiə naziri ilə general əlbəyaxa oldu

5-11-2020, 15:12

Ermənistanda müdafiə naziri ilə general əlbəyaxa oldu













Ermənistan ordusunun Dağlıq Qarabağ münaqişəsində vəziyyəti ağırlaşdıqca ölkədə siyasi çəkişmələr kəskinləşir.

DogruXeber.az bildirir ki, hazırkı hökumətlə "Qarabağ klanı" arasında münasibətlər daha da pisləşib.

Qeyd olunur ki, bu günlərdə Laçın rayonunda müdafiə naziri David Tonoyanla general Vitali Balasanyan arasında ciddi münaqişə yaşanıb. Nazirin qərargahına gələn V.Balasanyan onu Qarabağda ağır məğlubiyyətə görə ittiham edib. Bundan başqa, general nazirdən istefa verməyi tələb edib. Həmçinin, o, D.Tonoyandan Nikol Paşinyana müraciət edərək onun özünü müdafiə naziri təyin etməsi barədə fərman imzalamağı tələb edib.

Bəzi məlumatlara görə, tərəflər arasında əlbəyaxa dava düşüb. D.Tonoyan generalı həbs etdirməklə hədələyib.

Qeyd olunur ki, həmin gün V.Balasanyan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla da görüşüb. Onlar arasında "Qarabağın xilası" məqsədilə Ermənistanın indiki hökumətini devirmək üçün səyləri birləşdirmək barədə razılıq əldə olunduğu deyilir.
/Modern.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram