Avropanın “Müsəlman məsələsi” və müasir səlib yürüşü













“Müsəlman məsələsi” bu gün sürətlə Avropada XIX əsrdə hökm sürən “yəhudi məsələsi”nə çevrilir. İslama və müsəlman icmalarına qarşı neqativ münasibət dini dözümsüzlüyü əks etdirir, plüralizmi və demokratiyanı məhdudlaşdırır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə icazə verməsinə cavabında deyib.

O, bununla bağlı məqaləni “Al-Jazeera”ya göndərib.

İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun “Avropa ruhunun xilası” adı ilə sanki bilərəkdən səlib yürüşünü təşkil etdiyini deyərək, bu yanlış hərəkətlərin ekstremizm üçün şərait yaratdığını vurğulayıb.

“İslam peyğəmbərinin təhqir olunduğu karikaturalar və onların sayını dəfələrlə artırmaq “söz azadlığı” deyil. Bu, özü-özlüyündə ekstremist fəaliyyətdir... Özü də nəinki İŞİD, Əl-Qaidə və analoji terror qrupları üçün şərait yaradır, həmçinin bütün İslam dünyasını təhqir edir”, - deyə o bildirib.

“Dini dəyərlərinizi itirdiyiniz üçün başqalarından da bunu istəmək siyasətinizi daha ağıllı və hörmətli etməz. Sekulyarizmin, müasirliyin nə dərəcədə təsir etməsinə baxmayaraq, müsəlmanlar üçün Hz. Məhəmməd ən müqəddəs və hörmətli insan olaraq qalır. Ona hörmət şiddətli ekstremizmlə uzlaşma deyil, mənəvi və siyasi borcdur”, - deyə İbrahim Kalın əlavə edib.

O, bütün dünya müsəlmanlarının dindən manipulyasiya kimi istifadə edən ekstremistləri və terrorçuları şiddətlə tənqid etdiyini deyib, həmçinin, İŞİD, Əl-Qaidə və başqalarının digər qruplaşmalardan daha çox müsəlman qətlə yetirdiyini, İslama ziyan vurduğunu bildirib.

Məqalə müəllifi “Şarli Hebdo”da dərc olunan karikaturaların “söz azadlığı” kimi təqdim olunmasını isə dünya müsəlmanlarının qəlbinə və ağlına təcavüz adlandırıb:

“Bu İslamla Qərb dünyası arasında divarları qaldırmaqdan başqa bir işə yaramır və qarşılıqlı etimadın vacib olduğu dövrdə güvənsizlik hiss yaradır”.

İbrahim Kalın məqalənin sonunda müasir Avropada “müsəlman məsələsi”nin yeni müasir səlib yürüşləri ilə həll olunmayacağını vurğulayıb.

“Bu məsələ daha müdrik siyasət, başqalarına qarşı həqiqi hörmət, ümumi dəyərlərimizə və ümumi gələcəyimizə daha ciddi baxış tələb edir”, - deyə Türkiyə prezidentinin sözçüsü fikrini yekunlaşdırıb.


Oxunub: 746

Son xəbərlər

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Bütün xəbərlər