dunya
20.03.2018, 08:57
Rusiyada ev yanıb, 4 nəfər yanaraq ölüb
Rusiyanın Primorsk diyarında fərdi evdə güclü yanğın baş verib.
DogruXeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Vladivostok şəhərində qeydə alınıb.
Məlumata əsasən, yanğın 70 kvadrat metr sahəni əhatə edib. Yanğın söndürüldükdən sonra hadisə yerində 4 nəfərin yanmış meyiti aşkarlanıb. Daha 7 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.