Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Türkiyədə həftəsonu küçəyə çıxmaq qadağan edilib

Türkiyədə həftəsonu küçəyə çıxmaq qadağan edilib
18-11-2020, 15:32 108 dəfə baxılıb

Türkiyədə həftəsonu küçəyə çıxmaq qadağan edilib










Türkiyədə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri sərtləşdirilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərlə birgə keçirdiyi növbəti iclasdan sonrakı çıxışında bildirib.
Prezident deyib ki, COVİD-19 infeksiyasına yoluxma sayı ölkə boyu artdığına görə, mübarizə tədbirlərilə əlaqədar bu həftənin şənbə və bazar günlərindən başlayaraq (saat 10.00-dan 20.00-dək xaric) həftəsonu küçəyə çıxma məhdudiyyəti tətbiq olunacaq.
Bundan başqa, ölkədə yaşı 65-dən yuxarı və 20-dən aşağı olanların həftənin bütün günləri (saat 10.00-20.00 xaric) küçəyə çıxmaları qadağan ediləcək. Ticarət mərkəzləri, mağazalar, qadın və kişi bərbərxanalarının saat 10.00-dan 20.00-dək fəaliyyət göstərməsinə icazə veriləcək.
Ərdoğan müvəqqəti olaraq kafe və restoranlarda yalnız paket servisinin xidmət göstəriləcəyini, kitabxana, kinoteatrlar və futzal, voleybol meydançalarının fəaliyyətlərinin dayandırılacağını, əsas küçə və meydanlarda siqaret çəkmək qadağasının davam edəcəyini, idman oyunlarının tamaşaçısız keçiriləcəyini bildirib.
Prezident Türkiyədə məktəblərin də ilin sonunadək qapalı olacağını, təhsilin distant formada onlayn davam edəcəyini deyib.
(gundelik-baku.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram