Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Fransa Senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridir” - AÇIQLAMA

“Fransa Senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridir” - AÇIQLAMA
26-11-2020, 12:25 84 dəfə baxılıb

“Fransa Senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridir” - AÇIQLAMA












“Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa Senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır”.

DogruXeber.az Report-a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında parlamentin sədr müavini Fəzail İbrahimli Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Fransa senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridir:

“Burada insanlıqdan nəsə gözləmək sadəlövlük olar. Fransanın içi yanır, sürünür.

Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, özü həll etdi. Azərbaycan həmişə haqq-ədalətin tərəfini tutub. Azərbaycanla danışığın bir forması var. Bizim güvən və güvənc yerimiz var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram