Xorvatiya Baş naziri özünü təcrid etdi
Xorvatiyanın Baş naziri Andrej Plenkoviç karantinə alınıb. DogruXeber.az “Qafqazinfo”a istinadən xəbər verir ki, buna səbəb nazirin xanımı Ana Maslak Plenkoviçin koronavirusa yoluxmasıdır.
Baş nazir özünü 10 gün müddətində sosial həyatdan təcrid edib. Xorvatiya Nazirlər Kabineti Plenkoçivin bu müddət ərzində evdən işləyəcəyini açıqlayıb.
Qeyd edək ki, Xorvatiyada son 24 saatda 3 min 987 nəfər virusa yoluxub, 55 nəfər ölüb.