ABŞ-da 102 yaşlı Angelina Fridman uşaq vaxtı İspan qripini, mart ayında isə iki dəfə tutduğu koronavirusu məğlub edərək rekord qırıb.
DogruXeber.az bildirir ki, 1918-ci ildə ABŞ-ın Şimali Uestçester şəhərində dünyaya gələn Angelina Fridman İspan qripi yayılan dövrdə doğulub və körpə ikən İspan virusuna tutulsa da, tez sağalıb.
Lakin zamanın bəlasına çevrilən koronavirus da ondan yan keçməyib. Mart ayında virusa yoluxan 102 yaşlı Fridman bu xəstəlikdən də tez sağalaraq evə buraxılıb.
Maraqlıdır ki, üç həftə sonra qadın yenidən yoluxub. Fridmanın qızı Coan Merola onun sağaldığını bildirib və anasından əl çəkməyən viruslar barədə bunları qeyd edib:
"Anam 1918-ci ildə qrip epidemiyasının tüğyan etdiyi dövrdə İtaliyadan Nyu-Yorka gələn miqrant gəmisində dünyaya gəlib. O, "COVİD-19"a yoluxan ən yaşlı şəxs olmasa da, koronavirusdan iki dəfə sağalan ən yaşlı insandır".
(Sonxeber.az)