Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İtaliyada Yeni İl tətilində sərt karantin tətbiq olunacaq

İtaliyada Yeni İl tətilində sərt karantin tətbiq olunacaq
4-12-2020, 12:34 90 dəfə baxılıb

İtaliyada Yeni İl tətilində sərt karantin tətbiq olunacaq








İtaliyanın Baş naziri Cuzeppe Konte Yeni İl tətilində sərt karantin rejiminin tətbiq ediləcəyini açıqlayıb.

DogruXeber.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Konte komendant saatının 22:00-07:00 arasında olacağını, Yeni İl günü və sonrası xüsusi əyləncə proqramlarının təşkil edilməyəcəyini bildirib.

“Pandemiyanın sonuna gedən yol hələ uzundur. Yanvar ayında baş verə biləcək 3-cü dalğanın qarşısı alınmalıdır. 21 dekabr - 6 yanvar tarixlərində daha çox məhdudiyyətli tədbirlər tətbiq etməliyik. Buna görə məcburi və fövqəladə hallar istisna olmaqla, bölgələr arasında səyahət etmək qadağandır. Bundan əlavə, şəhərlərarası səyahət 25 -26 dekabr və 1 yanvar tarixlərində qadağandır”, - deyə Baş nazir vurğulayıb.

Alış-verişə hər hansı bir məhdudiyyət qoymaq istəmədiklərini dilə gətirən Konte “Mağazalar 4 dekabr - 6 yanvar tarixlərində axşam saat 21:00-a qədər açıq olacaq”,- deyə bildirib.

Qeyd edək ki, İtaliyada son 24 saatda 993 nəfər ölüb. Ölkədə ümumilikdə 1 milyon 664 min 829 nəfər virusa yoluxub, 58 min 38 nəfər xəstəliyin qurbanı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram