dunya
8.12.2020, 14:56
Türkiyə gəmisi girov götürüldü: Heyətdə Azərbaycan vətəndaşı da var
Liviya milli ordusunun qüvvələri ölkənin sahillərində Yamayka bayrağı altında üzən Türkiyəyə məxsus gəmini saxlayıblar.
DogruXeber.az bildirir ki, bunu Liviya milli ordusunun rəsmi nümayəndəsi general-mayor Əhməd əl-Mismari deyib. Onun sözlərinə görə, Türkiyəyə məxsus "Mabrouka" adlı ticarət gəmisi Misrata şəhərinin limanına doğru üzürmüş, lakin Derna yaxınlığında saxlanılıb.
Ə. əl-Mismari qeyd edib ki, gəminin göyərtəsində 17 nəfər olub. Onlardan 9-u Türkiyə vətəndaşı, 7-si Hindistan vətəndaşı, 1-i isə Azərbaycan vətəndaşıdır.
(Metbuat.az )