Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Aİ ölkələri NATO ilə daha sıx əməkdaşlıq quracaqlarını bəyan ediblər

23-03-2018, 09:30

Aİ ölkələri NATO ilə daha sıx əməkdaşlıq quracaqlarını bəyan ediblər











Aİ Şurası Avropa Komissiyası və Avropa diplomatiyasının rəhbəri Federika Mogeriniyə Aİ-də kimyəvi və bioloji təhlükəsizliyin möhkəmləndirilməsi, NATO ilə əməkdaşlığın inkişaf etdirilməsi və təhdidlərin qarşısının alınması üzrə görülən işlərə dair bu ilin iyununda məruzə etməyi tövsiyə edib.


DogruXeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ sammitinin yekunlarına dair qəbul olunmuş bəyanatda bildirilir.


“Aİ birliyə daxil olan ölkələr və NATO üzvləri arasında daha sız əməkdaşlıq qurmaqla, kimyəvi, bioloji, radioloji və nüvə risklərinə qarşı dayanıqlılığını möhkəmləndirməlidir”, - deyə bəyanatda bildirilir.



“Aİ və üzv dövlətlər təhdidlərin qarşısının alınması istiqamətində həmçinin kibersahə, strateji kommunikasiyalar və əks-kəşfiyyat sahələrində potensialını artırmaqda davam etdirməlidir”, - deyə sənəddə vurğulanır.

Qeyd edək ki, bəyanat Aİ ölkələrinin liderlərinin Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripala qarşı sui-qəsdin müzakirəsinin yekunlarına dair qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram