dunya
25.03.2018, 07:13
Meksika sahillərində 1 tonadək kokain müsadirə edilib
Meksikanın Akapulko limanı yaxınlığında Hərbi-Dəniz Qüvvələri göyərtəsində 900 kq-dan çox kokain olan iki qayıq saxlanılıb.
DogruXeber.az-ın "RİA Novosti"yə verdiyi xəbərə görə, qayıqlarda olan 14 nəfər də saxlanılıb. Onların Ekvador, Kolumbiya və Meksika vətəndaşı olduğu bildirilir.
Qayıqlardan birində həmçinin Meksika vətəndaşının cəsədi aşkarlanıb.