dunya
7.04.2018, 08:37
Dövlət Departamentinin rəsmisi: “Yeni sanksiyalar Rusiya üçün siqnaldır”
Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar Kreml üçün bir siqnaldır.
DogruXeber.az-ın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.
“Rusiya hökuməti anlamalıdır ki, onun bütün zərərverici davranışları əhəmiyyətli fəsadlarla nəticələnəcək”, deyə ABŞ rəsmisi qeyd edib.
O əlavə edib ki, yeni məhdudlaşdırıcı tədbirlər ABŞ-ın Rusiya ilə münasibətləri kəsməyə çalışdığını nəzərdə tutmur: “Biz Rusiya ilə Ukrayna, Suriya, silahlanmaya nəzarət, ikitərəfli münasibətlər və s. məsələlər üzrə kanallar yaratmışıq. Və bu məsələlərin pozitiv həllərini gözləyirik”.
Qeyd edək ki, aprelin 6-da ABŞ Rusiyanın 17 dövlət məmuru, 7 iş adamı və 12 şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.