Anasının öldüyünü 22 il gizlətdi - Pensiyasını aldı
Fransanın Marsel şəhərində qəribə olay baş verib.
76 yaşlı qadın 22 il boyunca anasının öldüyünü gizlədib və onun pensiyasını alıb. Anasını axtaranlara isə onun xaricə getdiyini bildirib. Bu illər ərzində qadın 162 min avro pula sahib olub.
Lakin aparılan araşdırmalar nəticəsində qadının anasının çoxdan öldüyü sübut olunub. Qadın məhkəməyə verilib.