Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yaponiya əhalisinin sayı azalır

13-04-2018, 18:17

Yaponiya əhalisinin sayı azalır













Yaponiya hökuməti tərəfindən aparılan araşdırmalar təsdiq edir ki, bu ölkənin əhalisi azalmaqda davam edir.

DogruXeber.az NHK telekanalına istinadla xəbər verir ki, Ümummilli Məsələlər Nazirliyinin bu barədə yaydığı məlumatda ötən il oktyabrın 1-də ölkə əhalisinin sayının (əcnəbilər də daxil olmaqla) 126,7 milyon nəfər təşkil etdiyi bildirilir. Bu, əvvəlki ilin göstəricisindən 227 min nəfər azdır və yeddi ildir əhalinin fasiləsiz olaraq azaldığını təsdiq edir.

Ölkədə 61 milyon 650 min kişi və 65 milyon 50 min qadın var. Bunların 27,7 faizini 65 və daha yuxarı yaşlı sakinlər təşkil edir. On beş yaşınadək yeniyetmələrin sayı rekord səviyyədə azalaraq 12,3 faizə bərabər olub.

Əhalinin sayının azalması Yaponiyanın 47 prefekturasından 40-da qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram