Daşkənddə “Xocalı soyqırımında ölən insanlıq” kitab özbək və rus dillərində çap edilib







Daşkənddəki "İstiqlol nuri” nəşriyyatı Abduvali Saybnazarovun "Xocalı soyqırımında ölən insanlıq” adlı kitabını özbək və rus dillərində çap edib.

DogruXeber.az AZƏRTAC-a istinadən xəbər verir ki kitab "Xocalı-şəhidlər şəhəri” adlı bölmə ilə açılır. Bölmədə şəhərin coğrafi mövqeyi, tarixi və mədəniyyəti, XVIII əsrə aid Əskəran qalası haqqında məlumat verilir, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdikləri vurğulanır.

Xocalıda amansızlıqla öldürülən 613 nəfərin arasında 106 qadın, 63 uşaq, 70 qoca olub. 8 ailə tamamilə məhv edilib, 56 nəfərin xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirildiyi, 1275 nəfərin itkin düşdüyü, 150 nəfərin taleyi haqqında heç bir məlumat olmadığı bildirilir.

Topluda deyilir ki, Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklər Xatın, Xirosima, Naqasaki, Sonqmi, Liditse, Oradur kimi cinayətlərlə bir sırada durur.

Əsərdə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu və 20 mindən çox adamın öldürüldüyü, 1 milyondan çox əhalinin qaçqın və məcburi köçkünə çevrildiyi haqqında məlumat verilir.

Kitabda qeyd olunur ki, Ermənistan öz işğalçılıq siyasəti nəticəsində Azərbaycanın zəbt olunmuş ərazilərində mədəniyyət abidələrini dağıdıb. Bununla da, Ermənistan müharibə zamanı mədəniyyət abidələrinin qorunmasına dair Haaqa və Paris konvensiyalarını kobud surətdə pozub. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini hələ də yerinə yetirməyib.

Nəşrdə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin Xocalı faciəsi haqqında yazıları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, şahidlərin Xocalı faciəsi zamanı gördükləri dəhşətlər və digər məsələlər işıqlandırılır.

Kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.


Oxunub: 679

Son xəbərlər

İftar dəvətindən imtina günahdırmı? - AÇIQLAMA

Bu halda ipotekaya xitam veriləcək

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir

Ermənistan Vladimir Solovyovun verilişlərinin yayımını blokladı

Bu şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq

Şənbə gününün hava proqnozu

Alimlər 464 dərəcə istilik olan planetdə üzvi həyatın mümkün olduğunu sübut etdi

Bu şəxslər 2500 manat cərimə ediləcək

Dövlət Xidmətindən restoranlara XƏBƏRDARLIQ

Əhalinin ən çox xərci nəyə çıxır? - VİDEO

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Qızıl və gümüş bahalaşdı

AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

"Prius"un qiyməti kəskin ucuzlaşdı

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Pensiya və müavinətlər artırıla bilər - VİDEO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bütün xəbərlər