Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şimali Koreya nüvə və raket sınaqlarını dayandırıb

Şimali Koreya nüvə və raket sınaqlarını dayandırıb
21-04-2018, 04:27 240 dəfə baxılıb

Şimali Koreya nüvə və raket sınaqlarını dayandırıb













Şimali Koreya nüvə və raket sınaqlarının həyata keçirilməsini dayandırıb.



DogruXeber.az-ın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şimali Koreya lideri Kim Çen In bəyan edib.

Məlumata görə, aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqları və qitələrarası ballistik raketlərin buraxılışını dayandırır. Həmçinin ölkənin şimalındakı nüvə poliqonunun fəaliyyəti dondurulur.

Bu barədə qərar hakim Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin iclasında qəbul edilib.

Qeyd edək ki, hazırda ABŞ və KXDR liderlərinin görüşü hazırlanır. Aprelin 19-da ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib. Bundan əvvəl D.Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun ötən həftə Pxenyanda Kim Çen Inla görüşdüyünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram