Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Cənubi Koreya və KXDR liderləri arasında görüş başlayıb - YENİLƏNİB

Cənubi Koreya və KXDR liderləri arasında görüş başlayıb - YENİLƏNİB
27-04-2018, 09:06 256 dəfə baxılıb

Cənubi Koreya və KXDR liderləri arasında görüş başlayıb - YENİLƏNİB








Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüş başlayıb. DogruXeber.az-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Cənubi Koreya-KXDR sammiti demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom sərhəd məntəqəsində keçirilir. Məlumata görə, Mun Çje İn və Kim Çen In bir-birlərinin əllərini sıxıb, salamlaşıblar. Liderlər birgə şəkil çəkdirdikdən sonra danışıqlara başlayıblar.



Cənubi Koreya və KXDR rəhbərləri Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələləri müzakirə edəcəklər.



Sammitin yekunlarına dair birgə sənəd imzalanacaq.

Qeyd edək ki, KXDR aprelin 21-də nüvə silahı və ballistik raketlərin sınaqlarına son qoyduğunu, habelə Phungeridəki nüvə poliqonunu bağladığını bəyan edib. Cənubi Koreya-KXDR sammitindən sonra ABŞ və Şimali Koreya liderlərinin görüşmə imkanı nəzərdən keçirilir.

***** 03.58

Cənubi Koreya prezidenti Mun Çje İn KXDR lideri Kim Çen Inla görüşə yollanıb. DogruXeber.az-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom yaşayış məntəqəsində baş tutacaq.

KXDR lideri Kim Çen Inın da Phanmuncoma yola düşdüyü bildirilir.

Cənubi Koreya və KXDR rəhbərləri Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələləri müzakirə edəcəklər.


Cənubi Koreya və KXDR liderləri arasında görüş başlayıb - YENİLƏNİB


Cənubi Koreya və KXDR liderləri arasında görüş başlayıb - YENİLƏNİB






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram