dunya
2.05.2018, 09:06
İsveç hökumətinin “erməni soyqırımı”nı tanımaqla bağlı planı yoxdu - Stefan Löfven
İsveçin Baş naziri Stefan Löfven rəhbərlik etdiyi hökumətin qondarma “erməni soyqırımı”nı tanımaqla bağlı planının olmadığını deyib.
DogruXeber.az-ın məlumatına görə, Stefan Löfven 2014-cü ildə bu məsələ ilə bağlı hökuməti ciddi addımlar atmağa vadar edəcəyini bildirmişdi, lakin Baş nazir seçiləndən sonra o, yanaşmasını dəyişdi. “Mən dediyimi etdim, araşdırma aparıldı və nəticələr baş verən hadisələrin çox mürəkkəb olduğunu göstərir. Soyqırımını parlament səviyyəsində və hökumət səviyyəsində tanımaq başqa-başqa şeylərdir”, - deyə o bildirib.
Jurnalistlərin “Yəni, baş verən hadisələri sizin hökumətiniz tanımayacaqmı?” sualına Baş nazir “Hökumətin belə bir planı yoxdur, baş verənləri tarixdən öyrənməliyik”, - deyə cavab verib.