dunya
9.05.2018, 08:30
İsrail Suriyaya raket zərbəsi endirib
İsrail hərbçiləri Suriyanın paytaxt Dəməşqin cənubundakı ərazilərinə raket zərbəsi endirib.
DogruXeber.az-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
“Suriya havadan müdafiə qüvvələri İsrailin iki raketini Dəməşq əyalətinin Kisva rayonu üzərində məhv etməyə müvəffəq olub”, - deyə məlumatda bildirilir.
İsrail Müdafiə Nazirliyi raket zərbəsini və insidentlə əlaqəli olmasını şərh etməkdən imtina edib.