Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Zərif: “ABŞ təcrid olunmuş vəziyyətə düşüb”

Zərif: “ABŞ təcrid olunmuş vəziyyətə düşüb”
7-07-2018, 01:51 245 dəfə baxılıb

Zərif: “ABŞ təcrid olunmuş vəziyyətə düşüb”












ABŞ təcrid olunmuş vəziyyətə düşüb.
APA-nın xəbərinə görə, bunu özünün “Twitter” səhifəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yazıb.
Onun sözlərinə görə, ABŞ-dan başqa bütün ölkələr İranın nüvə proqramı üzrə sazişə sadiq qalmağa üstünlük verirlər
Zərif həmçinin vurğulayıb ki, İran ABŞ tərəfindən atılan addımlara qarşı cavab vermək hüququna malikdir.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. O həmçinin bildirib ki, Vaşinqton İrana qarşı bütün sanksiyaları bərpa etmək və əlavə iqtisadi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram