Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Norveçli nazir arvadının karyerasından ötrü istefa verdi

Norveçli nazir arvadının karyerasından ötrü istefa verdi
31-08-2018, 08:56 215 dəfə baxılıb

Norveçli nazir arvadının karyerasından ötrü istefa verdi













Norveçin nəqliyyat naziri Ketil Sulvik-Ulsen həyat yoldaşının karyerasından ötrü istefa verib.

DogruXeber.az xarici mediaya istinadən məlumatına görə, 46 yaşlı siyasətçinin xanımı bundan sonra işi ilə əlaqədar ABŞ-da yaşayacaq. Ulsen də bu səbəbdən vəzifəsinə son verərək onunla birlikdə Amerikaya getmək qərarına gəlib:

“Həyat yoldaşıma Alabama ştatının Birminhem şəhərində uşaq xəstəxanasında iş təklif edildi. Bu cür fantastik imkanlar yarananda gərək ondan istifadə edəsən”.

Sulvik-Ulsen əlavə edib ki, indiydək xanımı onun üçün güzəştə gedib, indi isə belə bir addımı o atmalıdır: “Uşaqların 12 və 10 yaşı var. Onlar üçün yeni ölkə və yeni dil maraqlı olacaq. Baş nazir Erna Sulberq bu qərarımı anlayışla qarşıladı”.

Qeyd edək ki, Ketilin vəzifəsini bundan sonra hazırkı kənd təsərrüfatı naziri Con Georq Deyl icra edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram