Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi
26-09-2018, 10:00 199 dəfə baxılıb

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi













Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərar verib.
Dövlət vəsaiti hesabına inşa edilən aşağıdakı dövlət əmlakları “Azərsu”yun balansına verilib.

1.1. “Novxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 4 000 000 manat olan 13,6 km uzunluğunda magistral su xətti və 7,2 km uzunluğunda kanalizasiya kollektoru;

1.2. “Zığ – Yeni Suraxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolboyu su təchizatı sistemlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 330 620 manat olan 6,7 km uzunluğunda magistral su xətti;

1.3. “Qobu qəsəbəsində 1008 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan qəsəbənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 500 000 manat olan 4,95 km uzunluğunda magistral su xətti və 5,7 km uzunluğunda kanalizasiya kollektoru;

1.4. “Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar su təchizatı sisteminin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 110 000 manat olan 5,5 km uzunluğunda magistral su xətti;

1.5. “Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 320 000 manat olan 2,5 km uzunluğunda magistral su xətti;

1.6. “Bakı şəhəri, Təbriz küçəsinin yenidən qurulması ilə əlaqədar su xətlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 375 000 manat olan 4,6 km uzunluğunda magistral su xətti;

1.7. “Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 113 500 manat olan 1,1 km uzunluğunda magistral su xətti.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram