Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şahmar İbadov Beyləqana icra başçısı getmək istəyir? - İddia

10-10-2018, 10:30

Şahmar İbadov Beyləqana icra başçısı getmək istəyir? - İddia





Sentyabr ayının 5-dən boş qalan Beyləqan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə "namizəd"lərin sayı artmaqdadır.

Qlobal.az-ın ələ etdiyi məlumata görə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə iddialı şəxslərdən biri də Nərimanov rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadovdur.

İddiaya görə 10 ildən artıq müddətdir Nərimanov rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışan Şahmar İbadovun İcra başçısı vəzifəsinə getmək çoxdankı arzusudur.

Ş. İbadov bu illər ərzində Bakı şəhərinin rayonlarından birinin başçısı olmağa çalışsa da, hakimiyyətin ali instansiyasında onu bu vəzifəyə layiq görməyiblər.

Əslən İmişli rayonundan olan Ş.İbadov aqrar sahədən məlumatsız şəxs olduğu deyilir.

Xatırladaq ki, ötən ilin avqust ayında Ş.İbadovun oğlu Elmar İbadov 10-AC-100 nömrəli "Range-Rover" markalı avtomobillə qəza törətmişdi. Hadisə zamanı 1 qadın həlak olmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram