“Bakı sakinləri ət almaq üçün rayona gedəcək”- PROBLEM













Məlum olduğu kimi Qida Təhlükəsizliyi Agentliyi açıq formada olan və sanitar qaydalara əməl etməyən ət satışı məntəqələrindən bəzilərinin fəaliyyətini dayandırıb.

Eyni zamanda ətin qiymətində bahalaşma müşahidə olunub. Belə ki, bir qədər əvvəl 11-12 manata satılan dana əti 13-14 manatdan təklif olunmağa başlayıb. Qeyd edək ki, ət kəsimi məntəqələrinin fəaliyyətə başlaması ilə qiymətlərin artacağı gözlənilən idi.

Bununla belə, ətin ucuz qiymətə təklif edildiyi məkanlar da var. Bəzi marketlərdə mal əti 7 AZN, hətta 6.50 AZN-ə təklif olunur. Bu da alıcılarda şübhə yaranmasına səbəb olub. Maraqlıdır, marketlərdə ət niyə ucuzdur və bu məhsullara nəzarət varmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hansısa məntəqələri ləğv etməklə küçədə ət satışının qarşını almaq mümkün olmayacaq: “İnzibati yollarla bunun qarşısının alınması mümkün deyil. Çünki istehlakçılar buna tələbat yaradır. Bunun səbəbi isə istehlakçıların marketlərə və baytarlara inamsızlığıdır. Hətta bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi sertifikatı olan mal əti adı altında at əti gətirilməsini aşkarladı. Ona görə də istehlakçılar istəyirlər ki, gözləri ilə kəsilməsini gördüyü heyvanın ətini alsınlar. Açıq formada olan ət kəsimi məntəqələrinin ləğv edilməsi bunun qarşını almayacaq. Əhali evlərə, rayonlara üz tutacaq”.

Eyyub Hüseynov deyir ki, Nazirlər Kabinetinin 94 saylı qərarı ilə marketlərdə satılan bütün ətlər qablaşdırılmalı, onun üzərində buraxılma tarixi, son yararlılıq müddəti, ünvanı qeyd olunmalıdır: “Marketlərdə görürük ki, 98 faiz ətin üzərində belə markalanma yoxdur. Təəssüflər olsun ki, alıcılar küçədə satılan mallara üstünlük verirlər. Onların baytarlara, Qida Təhlükəsizliyi Agentliyinə inamları yoxdur”.

Eyyub Hüseynovun sözlərinə görə, bəzi marketlərdə ətin qiymətinin ucuz olması tələb və təkliflə bağlıdır: “İstehlakçılar marketlərdə satılan ətlərə az tələbat yaratdığına görə, qiymət aşağı düşür. Dövlət qiymətlərə müdaxilə etmir, qiymətqoyma siyasəti sərbəstdir. Buna görə də biz dəfələrlə bildirmişik ki, istehlakçılarla iş aparılmalı, onların diqqəti küçədə deyil, marketlərdə satılan ətlərə yönəldilməlidir. Bunun da mexanizmi aydındır. Qida Təhlükəsizlik Agentliyi Kütləvi İnformasiya Vasitələrində təbliğat, maarifləndirmə işi aparmalıdır”.


Oxunub: 668

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər