“Azərbaycanda yerli pomidoru Rusiyaya satırlar, əhali isə Çin pomidoru yeyir…”













Özbəkistan yalnız xarici investorlara deyil, daxili sərmayəçilərə də nəzər yetirməlidir. Hökumət, ələlxüsus şəhər rəhbərliyi sahibkarları dəstəkləməlidir ki, ölkədə daha çox investor yaransın.

Virtualaz.org Özbəkistan mediasına istinadən xəbər verir ki, bunu Daşkəndin hokimi vəzifələrini icra edən Cahangir Artıqxocayev Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilmiş panel müzakirələrində deyib.

Şəhər başçısının sözlərinə görə, hər gün müxtəlif ölkələrdən olan investorlarla görüşlər keçirilir və yaxın zamanda Qazaxıstandan sərmayəçilərin gəlişi gözlənilir.



“Buna başqa tərəfdən baxın. Nəyə görə Qazaxıstanda özbək investorları gözləmirlər? İstehsalçılarımız yalnız daxili bazarı düşünür. Məsələn, zavod tikintisi üçün şərait yaradılır. Sahibkar, deyək ki, Çindən dəzgah gətirir və bu iki ildən sonra lazımsız dəmir parçasına çevrilir. İstərdim ki, sahibkarlar yalnız daxili bazarı nəzərdən keçirməsinlər. Onlar Qazaxıstan, Rusiya və başqa yaxın qonşuların bazarları üçün də məhsul istehsal etməlidirlər”, – Artıqxocayev deyib.

Onun fikrincə, istehsalçılar ilk növbədə xarici bazarları düşünməli, daxili bazarda məhsullarını isə yalnız ixracatdan artıq qalan zaman satmalıdırlar.

Nümunə kimi o, Azərbaycanı göstərib. Hokimin dediyinə görə, həmin ölkədə yetişdirilən pomidorlar xaricə, əsas etibarilə Rusiyaya satılır, yerli əhali isə 3 dəfə ucuz olan Çin pomidorlarını yeyir.

Artıqxocayev Türkiyənin məşhur “Waikiki” firmasından da misal gətirib. Bildirib ki, bu şirkətin bircə zavodu belə yoxdur, amma illik dövriyyəsi 2 milyard dollara bərabərdir. Müqayisə üçün: Özbəkistanın tekstil bazarının illik həcmi cəmi 700 milyon dollardır.

Hokim həmçinin “korzinka.uz” supermarketlər şəbəkəsinin təsisçisi Zəfər Həşimova müraciətlə deyib ki, Qazaxıstanda şəbəkənin mağazalarını açmaq barədə düşünsün.

“Korzinka.uz Qazaxıstanda və Rusiyada onlarla mağaza açarsa, xarici bazarlarda yerli məhsulların satışı artar. Sahibkarlarımız bu mağazalar üçün artıq xarici ölkələrdə binalar tikər. Koreya deyəndə adamın ağlına “Samsung” və “Hyundai” gəlir. Daşkəndin inkişafı üçün iri sahibkarlar lazımdır”, – Özbəkistan paytaxtının başçısı bildirib.

Şəhərin inkişafı üçün ən azı 15 bu cür sahibkar lazımdır. Hokim deyib ki, onlar xarici bazarlara çıxmalı və Özbəkistanın maraqlarını müdafiə etməlidirlər. Hökumət isə, öz növbəsində, onlara maksimal dərəcədə yardım etməlidir.

Başqa sözlə, bütün dünyanın tanıyacağı varlı sahibkarlar təbəqəsi yaranmalıdır. Gün gələcək ki, bu 15 sahibkar bütün ölkəni işlə təmin edəcək – hokimin fikrincə, bütün dünyada bu cür baş verir.

O, həmçinin sahibkarları kiçik olsa da, keyfiyyətli istehsalat yaratmağa çağırıb. Avadanlıq isə “şərti Çin”dən deyil, ən yaxşısı – Almaniyadan, Avstriyadan alınmalıdır. Belə olarsa, bu avadanlıq 20 ildən sonra da xidmət göstərəcək, buraxılan məhsullar isə rəqabət qabiliyyətli olacaq.

“Azərbaycanda yerli pomidoru Rusiyaya satırlar, əhali isə Çin pomidoru yeyir…”


Oxunub: 510

Son xəbərlər

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? — Siyavuş Novruzov

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

"Xəzər TV"nin məşhur verlişi bağlanacaq

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI

ABŞ İsrailin İrana zərbə endirməsini dəstəkləir

Sabah 30 dərəcə isti olacaq

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

"Satınalmalarda ciddi problemlər mövcuddur" - Vahid Əhmədov

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Tuskdan Zelenskiyə sui-qəsddə Rusiyaya kömək edən polyakın həbsinə reaksiya

Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - "Observer Online" yazır

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Bədənimizdəki şişlər nədən xəbər verir?

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

"Əli Kərimli və ətrafı Prezidentdən üzr istəməlidir" - Deputat

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Vüqar Gülməmmədov parlamentdə hesabat verir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

Azərbaycan nefti ucuzlaşdı

“Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur

Bütün xəbərlər