Zabrat qəsəbəsindəki BDYP-in Avtomobillərin Texniki Müayinə mərkəzində "açıq bazar."65 manatını ver 3 dəqiqəyə birkanı verim / VİDEO

Zabrat qəsəbəsindəki BDYP-in Avtomobillərin Texniki Müayinə mərkəzində "açıq bazar."65 manatını ver 3 dəqiqəyə birkanı verim / VİDEO










Bildiyiniz kimi ölkədə ildə bir dəfə olmaqla avtomobillər icbari olaraq texniki müayinədən keçir. Bu müayinə Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzində aparılır. Qanuna uyğun olaraq sürücü şəxsi avtomobilini texniki müayinədən keçirmək üçün 20 manat civarında dövlət rüsumu ödəməlidir. Bəs bir çox sürücülər qanunda qeyd edilən məbləğlə avtomobillərini müayinədən keçirə bilirlərmi? Sizə təqdim etdiyimiz video kadrlara diqqətlə baxın. Deməli, həmin idarələrin biri Bakı şəhər Zabrat qəsəbəsində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzidir. Belə ki,avtomobilini texniki müayinədən keçirmək istəyən vətəndaşa idarə işçisi 65 manat ödədiyi təqdirdə ona birka verəcəyini deyir. Sürücü şəhərdə bundan da münasib qiymətə birka verildiyini dedikdə idarə işçisi onların saxta olduğunu və bu idarədən verilən birkaların isə qanuni olduğunu deyir. Dövlət idarəsində konkret olaraq bazar iqtisadiyyatı qurulub. Gələn sürücülər müştəri, idarə işçiləri isə bir növ satıcı rolunu oynayırlar. Sürücü qiymətin aşağı endirilməsiylə bağlı səy göstərir və 60 manata həll edəcəyini idarə işçisindən eşidir. Üstəlik satıcı deyir ki, “5 manat bizim yemək pulumuz idi, onu da istəmirik. Bu işin mayası 60 manatdı”. Elə bil hər hansısa bir məhsulunun qiymətini və aldığı maya dəyərini izah edir. Sürücü yenə də razılaşmadıqda ona son məbləğ olaraq 55 manat qarşılığında avtomobilini texniki müayinədən keçirəcəyini və bunun cəmi 3 dəqiqə çəkəcəyini deyirlər. Sürücüyə guya böyük yaxşılıq etmiş biri kimi göstərən işçi onu inandırmaq üçün qeyri-qanuni olaraq özləri tərəfindən tutulmuş hesab dəftərinə baxmağı təklif edir. Yəni “ən ucuz qiyməti sənə deyirəm” məsələsi bazara çevrilmiş dövlət idarəsinin acınacaqlı vəziyyətini özündə əks etdirir. İdarə əməkdaşının əyləşdiyi otaqda müşahidə kamerası da yerləşdirilib. Bu o deməkdir ki, bütün bu işlərə ümumi olaraq nəzarət müəssisə rəhbərinin bilavasitə müşahidəsiylə həyata keçirilir. əldə olunan rüşvət birbaşa onun cibinə gedir. Təsəvvür edin ki, gün ərzində nə qədər sürücü gəlir və hər biri minimum 60 manatdan (dövlət rüsumundan 3 dəfə artıq) ödəniş etdikdə böyük məbləğlər ortaya çıxır. Bu məbləği aya və ilə vurduqda isə dövlət müəssisəsinin yüksək məbləğlər qarşılığında rüşvət kimi çirkaba bulandığı açıq aşkar ortaya çıxır. Axı vətəndaş niyə bu özbaşınalığın qurbanına çevrilməlidir? Niyə qanunda göstərilən məbləği deyil, onun üç və daha çox mislini rüşvətxor əməkdaşlara verməlidir? Bu olaylar açıq-aşkar dövlət rəhbərinin icra etdiyi qanunlara qarşı çıxmaqdır. Hər şey qanunla tənzimləndiyi halda, ölkə başçısının dürüst qərarlar qəbul etdiyi vaxtda məmurların qanuna zidd olaraq etdikləri özbaşınalıqlar birbaşa ölkə başçısına qarşı çıxmaq deməkdir. Kimliyindən asılı olmayaraq dövlət müəssisəsini qara bazara çevirməyə heç kəs haqq vermir. Ölkə rəhbəri dəfələrlə məmurlara xəbərdarlıq etmiş, bir çoxunu isə özbaşınalıqlarına görə tutduğu vəzifəsindən azad etmişdir. Bütün bunların qarşılığında niyə bu cür mənfi hallar müşahidə edilir? Bu insanların güvənəcəyi məmurları möhtərəm prezidentimiz təyin etmirmi?! Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov, Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri Daimi Komissiyasının üzvi Xocalı şəhər üzrə millət vəkili Elman Məmmədovun oğludur. Ümid edirik ki, bu məsələylə bağlı qanuni olaraq hər hansı bir tədbir görüləcəkdir. Diqqətinizə bir məsələni də çatdırım ki,bu cür ürək bulandırıcı video kadırların,bir neçə saytlardan necə yığışdırılması barədə növbəti buraxlışımızda ətraflı məlumat verəcəyik. Bunu bilmək daha dəhşətli olacaq.
Bizi izləyin..!!
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq:

Tarix:27-11-2018, 09:31 Baxış Sayı:1 275 Kateqoriya:gundem / video
SON XƏBƏRLƏR
Zelenski biznes ortağını özünün birinci köməkçisi təyin etdi
XİN: Ermənistan Mxitaryanı öz təxribatçı məqsədləri üçün istifadə edir
Ramazanın 17-ci gününün duası
ABŞ-da erməni silah baronu həbs olundu
Azərbaycanda qızıl-gümüş ucuzlaşdı
Türkiyədə 470 metr dərinlikdə isti su fontan vurub
Günün qoroskopu
"Neftçi"nin legioneri milliyə çağırıldı
Aygün Kazımova ərə gedir
Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var
Zəvvarlarımızın Həccə getmə və qayıtma tarixləri məlumdur
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradıldı
Azərbaycanda yeni agentlik yaradılır
Günay HƏBS ediləcək - FOTO
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib
Azərbaycanda məktəblinin qatarın altında qalaraq ölməsinin dəhşətli TƏFƏRRÜATI ÜZƏ ÇIXDI
“Artıq pul alırlar” — “Grandmart”dan ŞİKAYƏT
Təbii qaz bahalaşır
AĞSUDA PREZİDENTİN ƏLEYHİNƏ İŞLƏYƏN MÜDİR AQİL NİFTƏLİYEVDİR-VIDEO/FOTO
Əri tərəfindən bıçaqlanan qadın haqda yeni məlumat - "Böyrəyi sıradan çıxıb"
İnsidentlə yüksək vəzifədən azad olunan məmurun yerinə YENİ TƏYİNAT
İntihar edən Elina Hacıyeva ilə bağlı QALMAQAL BÖYÜYÜR
Zaqatala-Tbilisi yolundakı xristian abidəsi ilə bağlı yeni tapıntı aşkar edildi - FOTO
Azərbaycanda bu dövlət rüsumları dəyişir
Sabahın havası
Türkdilli ölkələrin rəhbərləri Azərbaycana yığışacaq
“Tarqovı”ya giriş 7 günlük qadağan edilir – VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Fuad Abbasovu aşağılayanlar CƏZALANDIRILSIN! – Polad Bülbüloğluna müraciət edildi
Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?
Bakının bu qəsəbələrində 2 gün su olmayacaq

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla