gundem
10.12.2018, 12:52
Ramil Usubov işdən çıxarılan rəis müavinə yenidən VƏZİFƏ VERDİ
Daxili İşlər naziri Ramil Usubov işdən çıxarılan rəis müavinə vəzifə verib.
Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib.
Xəbəri Daxili İşlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə gün öncə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri - şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov tutduqları vəzifədən azad edilmişdi. Unikal.org-
Famil Fərhadoğlu