Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Polat Alemdarın yeni serialı başlayır - VİDEO

Polat Alemdarın yeni serialı başlayır - VİDEO
3-01-2019, 20:09 201 dəfə baxılıb

Polat Alemdarın yeni serialı başlayır - VİDEO













Türkiyənin ən reytinqli seriallarının başında gələn "Qurdlar Vadisi” ("Kurtlar Vadisi”) daha olmayacaq.
"Qurdlar Vadisi Pusqu”nun ("Kurtlar Vadisi Pusu”) ardından "Kurtlar Vadisi Kaos”un ("Qurdlar Vadisi Xaos”) başlayacağı deyilsə də, bu, baş tutmayacaq.

Əvəzində isə serialın baş qəhrəmanı və ssenari müəlliflərindən olan, "Polat Alemdar” rolunu canlandıran Necati Şaşmaz ekranlara yeni serialla gəlir. Yeni serialın adı "Növbə 7/24” ("Nöbet 7/24”) olacaq.

Artıq serialın ilk bölümü üçün çəkiliş məkanı müəyyənləşdirilib. Antalyada çəkilən serial Türkiyə əsgərlərindən bəhs edən "Sakarya Fırat” tipli serialdır. Serialın dəqiq hansı tarixdə efirdə olacağı bilinməsə də, yanvarda "Show TV” ekranlarında görünəcəyi dəqiqdir.

"Kurdlar Vadisi Pusu”da Polat Alemdarın sağ qolu "Cahit” obrazını canlandıran Cahit Kayaoğlu burada kapitan Murat Soylu, "Komandir Yasin” kimi tanıdığımız Ərtuğrul Şakar isə baş çavuş Vedat Ləbləbici obrazında serialda görünəcək.

Məşhur müğənni Orhan Gəncəbayın oğlu Gökhan Gəncəbay ilk dəfə bir seriala məhz burada çəkiləcək. Onun leytenant Oğuz Bərhudar rolunda görünəcəyi deyilir.

Bundan başqa, serialda Sayqın Soysal, Tuncay Bəyazıt, Dəniz Bolışık, Kürşat Alnıaçık, Yurdaer Okur, Kaan Sevi və İbrahim Kəndirci kimi güclü aktyorların yer alacağı açıqlaması verilib. (oxu.az)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram