Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sabiq icra başçısı vəfat etdi

Sabiq icra başçısı vəfat etdi
7-01-2019, 11:15 260 dəfə baxılıb

Sabiq icra başçısı vəfat etdi

















Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyev bu gün səhər saatlarında dünyasını dəyişib.

DogruXeber.az Axar.az-a istinadən xəbər verir ki, mərhum bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.

M.Quliyevin bütün həyatı Cəbrayıl rayonu ilə bağlı olub. Cəbrayıl Rayon Keyfiyyət Müfəttişliyi idarəsində müfəttiş, Cəbrayıl Rayon Kino Quraşdırma Birliyinin direktoru, Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi, Cəbrayıl Rayon Aqrar İstehsalat Birliyinin baş direktoru, Cəbrayıl Rayon Tədarük Kontorunun direktoru olub.

18 dekabr 2000-ci ildən 3 mart 2016-cı ilə qədər Cəbrayıl RİH-nin başçısı işləyib.

2012-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram