gundem
12.01.2019, 15:01
Sabirabad və Kürdəmirdə qanunsuz silah-sursat götürüldü
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Qarağac kənd sakini Rəşid Mexparadzedən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.
Kürdəmir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qarasu kənd sakinləri Eldar Rəhimovdan “İJ-12”, Rüstəm Rəhimovdan isə “İJ-43” markalı ov tüfənglərii götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.