Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sabah Bakının mərkəzi susuz qalacaq

Sabah Bakının mərkəzi susuz qalacaq
7-02-2018, 22:53 373 dəfə baxılıb

Sabah Bakının mərkəzi susuz qalacaq













Sabah Bakı şəhərinin bəzi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Binəqədi nasos stansiyasından +41 “Qərb” anbarını içməli su ilə təmin edən 1200 mm diametrli magistral su xəttinin “Azadlıq prospekti” metro stansiyasının yaxınlığından keçən hissəsinin yeri dəyişdiriləcək.

Bununla əlaqədar fevralın 8-də gün ərzində Dilarə Əliyeva, Rəşid Behbudov, Salatın Əsgərova, Nizami küçələrinə, həmçinin Süleyman Rüstəm, Bakıxanov, Şəmsi Bədəlbəyli, İbrahimpaşa Dadaşov, Xəqani küçələri, Bülbül və Azərbaycan prospektlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir./Azərsu” ASC-dən






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram