Xocəvənd rayon Qaradağlı kənd sakinlərinin əsir düşdüyü anın video görüntüləri –VİDEO FOTO

Xocəvənd rayon Qaradağlı kənd sakinlərinin əsir düşdüyü anın video görüntüləri –VİDEO FOTO











DogruXeber.az xəbər verir ki, 1989-cu ildə ölkədə Azərbaycan –Ermənistan münasibətləri kəskinləşməyə başlamışdı. Tarixən bizim xalqa qənim kəsilən və xəyanətlər edən erməni xalqı XX əsrdə də bu iyrənc əməllərinə davam edirdi. Qeyd olunan ildən əvvəl də azərbaycanlıların İrəvandan deportasiyası prosesinə start verilmişdi. Lakin 3-cü mərhələ 1988-ci ildə başladı. Bu proseslər zamanı ermənilər Qərbi
Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məхsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tariхən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.

1990-cı ildə isə hər şey pik həddə çatdı və Ermənistan höküməti Azərbaycana qarşı müharibə elan etdi. Bu dünyada gedən müharibələrdən demək olar ki, ən dəhşətlisi idi. Bu bir müharibədən daha ötəsi idi. Terrorun ən qatı tərəflərini özündə əks etdirən erməni vəhşiləri bizim xalqa amansız divan tutaraq soyqırımı həyata keçirdi.

1990-cı il yanvarın 4-də erməni terrorçusu Q.Sarkisyan Əsgəran-Ağdam körpüsünü partladır. 1990-cı il 12 yanvarda Ermənistandan 500 nəfərlik silahlı dəstə vertolyotlarla Azərbaycanın Xanlar rayonunun Quşçu kəndinə gələrək, kəndi dağıdır, onlarla dinc sakini öldürürlər. 1990-cı il 15 yanvarda SSRİ Ali Soveti Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan edir. 1990-cı il yanvarın 18-də Ermənistanın silahlı birləşmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının Kərkikəndi işğal edilir. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet qoşunları Bakıya daxil olaraq qırğın törədirlər. Rəsmi məlumatlara görə 131 nəfər həlak olur, 800-dən artıq adam yaralanır.
1990-cı il 18 fevralda Ermənilər Şuşa-Bakı avtobusunu partladırlar, 13 nəfər yaralanır.

1990-cı il iyulun 11-də Tərtərdən Kəlbəcərə gedən maşın karvanına ermənilər silahlı hücum edirlər. 14 nəfər həlak olur, 35 nəfər yaralanır.
26 dekabr 1991-ci il-də Xankəndi ərazisi bütünlüklə işğal olundu. 26 fevral 1992-ci ildə Xocalı şəhəri yerlə yeksan olundu. 8 may 1992-ci ildə Şuşa şəhəri də erməni daşnaqlarının tapdağı altında qaldı. 18 may 1992-ci il Laçın, 2 oktyabr 1992-ci il Xocavənd, 2 aprel 1993-cü il Kəlbəcər, 7 iyul 1993-cü il Ağdərə, 23 iyul 1993-cü il Ağdam, 23 avqust 1993-cü il Cəbrayıl 23 avqust 1993-cü il Füzuli, 31 avqust 1993-cü il Qubadlı, 29 oktyabr 1993-çü il Zəngilan rayonu işğal olunaraq Ermənistan hökümətinin nəzarəti altına alındı.

1992-ci il 17 Fevral Xocavənd rayon Qaradağlı kəndinin erməni teroristləri tərəfindən işğal olunduğu gündür. Xocavənd rayonunun Qaradağlı kəndi tarixə düşən kəndlərdən biridir. Çünki kənd camaatı özlərinin ov tüfəngləri vasitəsiylə kəndin müdafiəsinə qalxmışdılar. Kənddə cəmi 5-6 hərbiçi vardı. Insanların bu cür şücaəti erməni batalyonunu belə çaşdırmışdı. Lakin bu silahlarla güclü təchiz olunmuş bir batalyona tab gətirmək olmazdı. Ermənilərin Arabonun batalyonu sonda kəndi mühasirəyə aldı. Və insanları vəhşicəsinə öldürərək qalanlarını da sağ ələ keçirdilər. Sosial şəbəkələrdən əldə etdiyimiz video materialda görürük ki, yaşlı insanları belə əsir götürməyi olmayan şərəflərinə sığışdırırlar. Sakinlərdən biri DogruXeber.az-ın redaksiyasına bildirib ki, hətta ələ keçirilən kənd sakinlərinin cavan kişilərini səssiz bir guşədə yaşlı insanların gözləri önündə vəhşicəsinə qətlə yetirmişlər. Kənd 150 evdən ibarət olmasıyla yanaşı, 90-a yaxın şəhid vermişdir. Dinc sakinlərə qarşı amansızlıq edən erməni teroristlərinə, erməni hökümətinə hansı dövlət himayədarlıq edir?

Bu müharibədə Azərbaycan xalqına heç bir xarici ölkə dəstək göstərmədi. Hətta indinin özündə belə bu soyqyırımı tanımaq istəməyən ölkələr belə var. Ümid edirik ki, çox tezliklə torpaqlarımıza qovuşacaq və ermənilərə layiqli cəzalarını göstərəcəyik. Başımızsağolsun!

Xocəvənd rayon Qaradağlı kənd sakinlərinin əsir düşdüyü anın video görüntüləri –VİDEO FOTO
Xocəvənd rayon Qaradağlı kənd sakinlərinin əsir düşdüyü anın video görüntüləri –VİDEO FOTO
Xocəvənd rayon Qaradağlı kənd sakinlərinin əsir düşdüyü anın video görüntüləri –VİDEO FOTO
Xocəvənd rayon Qaradağlı kənd sakinlərinin əsir düşdüyü anın video görüntüləri –VİDEO FOTO
Xocəvənd rayon Qaradağlı kənd sakinlərinin əsir düşdüyü anın video görüntüləri –VİDEO FOTO

Tarix:17-02-2019, 11:51 Baxış Sayı:500 Kateqoriya:gundem / bolge / ustxeber
SON XƏBƏRLƏR
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
DTX-nın xüsusi təyinatlıları Neftçala İcra Hakimiyyətinə girdi – SON DƏQİQƏ
Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR
"Harınlaşmış məmurlar, tək-tək gəlməyin üstümə"- Mübariz Mənsimov MEYDAN OXUDU
Virusdan bir gündə - 100 NƏFƏR ÖLDÜ
Həkimlərin maaşları verilib, əlavələrin – NƏ VAXT VERİLƏCƏYİ AÇIQLANDI
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI
Fevralın 23-də magistraturalara qəbul imtahanı keçiriləcək
İcbari tibbi sığortaya görə ən çox müraciət edilən ərazi AÇIQLANDI
AB liderlərinin kritik iclası başlayır: Büdcə azaldılır
İtkin düşən hərbçimizin meyiti neytral ərazidən götürüldü
“Bank Respublika”nın sahibinin oğlunun ölüm səbəbi nədir? - Antibiotik, yoxsa şpris?..
Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir
3 gündür metroda nə baş verir? - AÇIQLAMA
Atəşkəs iriçaplı pulemyotlarla 23 dəfə pozuldu
Xarici valyutaların manata qarşı məzənnələri

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla