İcra hakimiyyəti müəllimlərə məcburi bilet satdırır- Sumqayıtdan şikayət













Sumqayıt Şəhər İcra Hakimiyyəti və Şəhər Təhsil Şöbəsi müəllimlərə məcburən “Bu şəhərdə”nin konsertinə bilet satdırır.

Belə bir iddia ilə redaksiyamıza məlumat verən xanım Sumqayıt şəhəri 33 saylı orta məktəbdə müəllimə işlədiyini deyir. Adının çəkilməməsini istəyən müəllimə bildirir ki, bir neçə gün əvvəl qeyd edilən konsertin Sumqayıtda keçirilməsinə şəhər rəhbərliyi tərəfindən icazə verilmədiyi bildirilsə də, konsert razılaşdırılıb: “Təhsil şöbəsinə yeni təyin olunan Arzu Alızadə Sumqayıt İH-lə birləşib başımıza oyun açır. Bir neçə gün əvvəl mətbuatda yazılmışdı ki, “Bu şəhərdə” kollektivinin Sumqayıtda konsert verməsinə icazə verilməyib. Ondan sonra nə oldu, nə baş verdisə, bir də eşitdik ki, bəs bütün məktəblərə göstəriş verilib, hər məktəbdən 20 nəfər “Bu şəhərdə”nin Sumqayıtda keçiriləcək konsertində iştirak etməlidir. Biletlərin də qiyməti 10-20 manatdır. Bazarda qiymətlər gündən-günə bahalaşır, belə bir ağır zəmanədə bizim nəyimizə lazımdır “Bu şəhərdə”? Xahiş edirik, buna kim göstəriş verib, müəllimləri dövlətdən narazı salmağa çalışan kimdir araşdırıb ictimailəşdirəsiz”.

Sumqayıt İH-in mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev AFN-in sorğusuna cavab olaraq bildirdi ki, qeyd edilən məlumat həqiqətiəks etdirmir: “Bildiyiniz kimi, “Bu şəhərdə” kollektivinin keçirilməsi üçün Sumqayıt rəhbərliyi icazə verib. Onlar da Sumqayıt Dövlət Dram Teatrı ilə razılaşaraq konsertlərini orada verəcəklər. Konsertin biletləri teatrın kassalarında satılır. Şəhər sakinləri biletləri özləri gedib kassadan alırlar. Bu məlumatın heç bir əsası yoxdur”.


Oxunub: 2 092

Son xəbərlər

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi

Qarabağın yenidən inşasına HARAM QATANLAR... - AXI NİYƏ?

Ali Məhkəmədən mənzilə "kupça" alınmasına dair mühüm qərar

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanacaq

Pensiyaların yubanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sabah Bakıda 27 dərəcə isti olacaq

"Prius"larda şok ucuzlaşma - Bir ay fərqlə qiymətlər

Keçid balları qaldırılır? - VİDEO

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanda qadınlar 6 ay hərbi xidmət keçəcəklər

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

İsrail İrana hücum etməyi planlaşdırır

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Avropa İttifaqı İrana sanksiyalar tətbiq edəcək

Yasamalın icra başçısı əmək yarmarkasında iştirak etdi - FOTO

Xankəndidə qumbara və avtomatlar tapılıb

SEPAH zabitləri Suriyanı tərk edirlər - SƏBƏB

Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Bütün xəbərlər