Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO

1-04-2019, 19:18

İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO



















Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Xırdalan şəhər sakinləri ilə görüşü keçirilib.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak edib. Abşeronda görülən işlərdən, rayonundakı yeniliklərdən danışan İ.Gülməmmədova qeyd edib ki, Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Şəhərin inkişafı, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastrukturun tələbatı qarşılamadığını, yeni sistemlər qurulduqdan sonra yaşanan bəzi problemlərin tamamilə həll olunacağını vurğulayan başçı artıq nəzərdə tutulan işlərin böyük bir qisminin görüldüyünü söyləyib. O əlavə edib ki, Xırdalanda su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra şəhərin, demək olar ki, bütün avtomobil yollarının, prospekt və küçələrinin asvalt örtüyü yenilənəcək.
Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov və Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov hesabat xarakterli çıxış ediblər.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, küçələrin abadlaşdırılması və digər məsələlər barədə olub.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.


İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO
İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO
İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO
İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram